Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart  2014 - №10

 

"Gənclərin vətənpərvərlik tərbiyəsində idmanın rolu" mövzusunda müzakirə aparılıb

 

Astara Olimpiya İdman Kompleksində "Gənclərin vətənpərvərlik tərbiyəsində idmanın rolu" mövzusunda seminar keçirilmişdir.

AzərTAc xəbər verir ki, təlim məşğələsində Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, Prezident İlham Əliyevin idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları ölkədə idmanın inkişafına və onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Bildirilmişdir ki, indi nəinki Bakıda, hətta ölkəmizin bütün bölgələrində müasir olimpiya idman kompleksləri fəaliyyət göstərir. Bu idman qurğuları bölgələrdə idmanın inkişafında mühüm rol oynayır.

Diqqətə çatdırılmışdır ki, rayonun idmançıları ötən il respublika, zona, final və beynəlxalq yarışlarda 225 medal qazanmışlar.

Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov