Azərbaycan Universitetində "Gender bərabərliyi və qadın
hüquqları" mövzusunda maarifləndirmə seminarı
keçirilmişdir.
Universitetdən AzərTAc-a bildirmişlər ki, sosial iş
proqramı koordinatorluğunun təşkilatçılığı ilə
keçirilmiş seminarda sosial iş və jurnalistika
ixtisasları üzrə təhsil alan tələbələr iştirak etmişlər.
Hüquqşünas Günel Səfərovanın apardığı seminarın
iştirakçılarına gender bərabərliyi sahəsində əsas
anlayışlar, Azərbaycanın gender siyasəti və beynəlxalq
öhdəlikləri, ratifikasiya olunmuş beynəlxalq sənədlər,
ölkəmizdə genderi tənzimləyən qanunlar haqqında məlumat
verilmişdir.
Maarifləndirmə seminarının digər müzakirə mövzuları
məişət zorakılığı, gender stereotipləri, Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti,
seçkili orqanlarda qadınların fəaliyyətinin
genişləndirilməsi olmuşdur.
Seminarda müzakirə olunan mövzular ətrafında geniş fikir
mübadiləsi aparılmışdır. |