Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart  2014 - №10

 

Elmi-pedaqoji, metodik jurnalın yeni nömrəsi

 

Nəşrə başlamasının 45 illiyi bu il tamam olan "Sənətkar" jurnalının yeni nömrəsi çapdan çıxıb. Təhsil Nazirliyinin rüblük elmi-pedaqoji və metodik nəşri olan jurnal builki ilk nömrəsində "İlk peşə-ixtisas təhsili müəssisəsinin nümunəvi nizamnaməsi"ni və müxtəlif rubrikalar altında xeyli sayda nəzəri və praktik yazını oxucularına təqdim edib.

Nömrənin ilk səhifələrində dərc olunmuş "Peşə təhsilinin ilk təşkilatçıları" sərlövhəli yazıda 1959-cu ildən fəaliyyətə başlayan Dövlət Texniki Peşə Təhsili Komitəsinə müxtəlif illərdə rəhbərlik etmiş şəxslər haqqında söz açılır.

"Mütəxəssis sözü" daimi rubrikası altında "Kurikulum əsasında şagird nailiyyətlərinin qiymətləndirilməsi" və "Kompetensiyalara əsaslanan modul tipli kurikulumların spesifik cəhətləri" adlı yazıların davamı dərc olunub. "Qabaqcıl təcrübə" rubrikasında isə oxucular 18 nömrəli Bakı Peşə  Liseyinin kimya müəllimi Ətrabə Əliyevanın "Tədrisin keyfiyyətinin yüksəldilməsində metodiki komissiyaların rolu", TPİ İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin böyük elmi işçisi Bəsti Orucovanın "Modul tipli kurikulumların tətbiqinə həsr edilmiş treninqlərin nəticələri", 15 nömrəli Bakı Peşə Liseyinin psixoloqu Zemfira Xəlilovanın öz iş təcrübəsinə həsr etdiyi məqaləsi, Azərbaycan Milli Konservatoriyasının dosenti Afət Novruzovun tanınmış tarzən və pedaqoq Anatollu Abbasova həsr etdiyi yazısı ilə tanış ola bilərlər.

Bu nömrədə "Müəllimə kömək", "Direktorun tribunası", "Müasir tipli təhsil müəssisələrimiz", "Dünya təcrübəsi" rubrikaları altında digər maraqlı yazılar da dərc olunub. 

Y.ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov