Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart  2014 - №10

 

Beynəlxalq təhsil xəbərləri

 

3 yaşlı Aleksis planetin ən istedadlı sakinləri arasında

Amerikanın Arizona ştatından olan 3 yaşlı Aleksis Martiniz dünyada ən yüksək intellekt əmsalı olan insanları birləşdirən beynəlxalq Mens təşkilatının ən gənc üzvü seçilib. "Uçitelskaya qazeta"nın yazdığına əsasən, təşkilata 56 min yaşlı və yaşı 18-dən  az olan 3300 amerikalı  daxildir. Aleksis öz istedadını tez büruzə verib. Artıq bir yaşında olarkən valideynlərinin gecə yatmazdan  əvvəl ona söylədikləri nağılları səhvsiz olaraq təkrarlaya bilib.  Aleksisin intellekt əmsalı 160-dan çoxdur. Hesab olunur ki, məhz Albert Eynşteyn, Bill Geyts və Stiven Hokin bu cür  IQ əmsalına malikdir.  Məlumdur ki, adi insanların intellekt əmsalı 100-ə bərabərdir.  Aleksisin əqli qabiliyyətləri barədə dəqiq məlumatlar almaq mümkün olmayıb, o, verilən bütün tapşırıqları çox sürətlə yerinə yetirib. O,  bağçaya getmir, lakin V sinif şagirdləri üçün nəzərdə tutulan kitabları oxuyur.  Aleksis sərbəst şəkildə ispan dilini öyrənib. Bu işdə ona valideynləri və iPad kömək edib. Beləliklə də balaca Aleksis planetin ən istedadlı insanlarının sırasına daxil olub. Bu cür insanlar isə Yer əhalisinin cəmi 2 faizini təşkil edir.  Valideynləri Aleksisin intellektual qabiliyyətləri  ilə fəxr etsələr də bu istedadın övladlarının gələcək həyatına necə təsir edəcəyindən narahatdırlar.


Google yeni təhsil platformasını istifadəyə verib

Google kompaniyası "Oppia" adlı yeni onlayn təhsil platformasını istifadəyə verib. "Uçitelskaya qazeta"nın məlumatına əsasən, bu barədə şirkətin rəsmi məlumatı yayılıb.

"Oppia"-nın baş səhifəsində 5 kateqoriyaya (proqramlaşdırma, coğrafiya, dillər, riyaziyyat və fizika) bölünmüş bir sıra "tədqiqatlar" əksini tapıb.  Hər bir öyrədici blok bir sıra suallardan təşkil olunub ki,  bu suallara da cavab verməklə  hər bir insan tədricən sözügedən blokun mahiyyətini mənimsəyir.  Məsələn, "kvadrat tənliklər nəzəriyyəsinə kiçik giriş" blokunda istifadəçiyə kvadrat tənliklərlə nə dərəcədə yaxşı tanış olmasına dair sual verilir. Cavabların verilmiş variantlarından ("ümumiyyətlə tanış deyiləm", "məktəbdə öyrənmişəm", "tez-tez rastlaşmışam") birini seçən istifadəçi tənliklərlə işin əsaslarını öyrədən yerə yaxınlaşır.      Əgər  istifadəçi təklif olunan riyazi tapşırığa düzgün cavab vermirsə, "tədqiqat" onu bir addım geri qaytarmaqla harada səhv buraxdığını ona izah edir.  Şirkət nümayəndələri bildiriblər ki, "Oppia"-nın hər bir informasiya bloku vaxt keçdikcə istifadəçilərin verdikləri cavabların statistikası əsasında təkmilləşəcək.  Fərdi "tədqiqat"ın yaradılması üçün  istifadəçi platformada qeydiyyatdan keçməli  və   Google tərəfindən xüsusi olaraq hazırlanmış və saytla necə işləməyi izah edən  öyrədici videoya baxmalıdır.


Rusiya məktəblərində inşa yazıları bərpa olunacaq

Rusiya məktəbliləri 2015-ci ildə inşa yazılar yazacaq. Bu barədə ölkənin təhsil və elm naziri Dmitri Livanov açıqlama verib.   "Bizə  10-20 il bundan əvvəlki təcrübəni canlandırmaq lazım deyil: o vaxt X-XI  sinif şagirdləri çox vaxt mənasını başa düşmədikəri  mətnləri sadəcə əzbərləyirdi.  Bizə isə yeni formada olan inşalar lazımdır. Elə bir inşa ki, məzunlara sərbəst düşünməyə, fikrini ifadə etməyə, nəticələr çıxarmağa, təhlil aparmağa imkan versin".   Nazir əlavə edib ki, onun fikrincə, bu tamamilə yolverilməz haldır ki, X-XI sinif şagirdləri  müstəqil şəkildə öz fikirlərini ifadə edə bilməsinlər.  Nazirin sözlərinə görə, ali məktəb işçiləri, məktəb direktorları və müəllimlər, valideynlər, test üzrə mütəxəssislər, metodistlər, rus dili müəllimləri assosiasiyaları  bu məsələnin müzakirəsinə cəlb olunmalıdırlar.   Təhsil nazirinin müavini Veniamin Kaqanovun sözlərinə görə, 2014-cü ilin sonlarına qədər sözügedən məsələ üzərində tamamlama işləri başa çatdırılacaq və öz  təsdiqini tapacaq.  O əlavə edib ki, 2015-ci ildə inşa yazı məktəbə qayıdacaq.  Qeyd edək ki,  Rusiya prezidenti Vladimir Putinin  göstərişinə əsasən məktəblərdə inşa yazı  bərpa  olunmalıdır.  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
Xarici mətbuat materialları əsasında

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov