Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart  2014 - №10

 

Dünya universitetlərinin 2014-cü il üzrə yeni reytinq cədvəli açıqlanıb

 

Böyük Britaniyanın "Times Higher Education" jurnalı 2014-cü il  üzrə dünyanın 100 ən yaxşı universitetinin növbəti reytinq cədvəlini  açıqlayıb. Ali məktəblərin akademik nüfuzunun ən böyük beynəlxalq tədqiqatçılarından hesab olunan  "Times Higher Education"-un növbəti  reytinq cədvəlinə  ABŞ-ın Harvard Universiteti rəhbərlik edir. Cədvəldə ilk 10 yerdən 8-də Amerika universitetləri yer alıb. 

Britaniyanın Kembric və Oksford universitetləri keçənilki reytinqlərini bir pillə itirərək bu il uyğun olaraq 4-cü və 5-ci sırada qərarlaşıblar.  İlk  onluğu ABŞ universitetləri tamamlayır. Almaniya universitetləri reytinq cədvəlində çox ciddi irəliləyiş əldə ediblər. "Times Higher Education" dərgisinin hazırladığı dünya universitetləri illik reytinq cədvəli hazırda ən nüfuzlu sənəd hesab edilir. Reytinq elmi dairələrdə keçirilən sorğu nəticəsində müəyyən olunur.  Siyahı əsasən şəxsi fikirlər əsasında müəyyən edilsə  də  cədvəlin tərtib olunmasında  dünyanın bir sıra ölkələrindən  tanınmış alimlərin, ekspertlərin rəyləri əsas götürülür. Dünyanın ən nüfuzlu ali məktəbləri siyahısında ABŞ 46, Böyük Britaniya 10, Almaniya 6, Avstraliya və Yaponiya hərəsi 5, Niderland 4  təhsil müəssisəsi ilə təmsil olunub.

Siyahıda Rusiyadan (M.V.Lomonosov adına Moskva Dövlət Universiteti) və Türkiyədən də bir (Yaxın Şərq Texniki Universiteti) ali məktəb var.

 

Böyütmək üçün şəkili seçin

Harvard Universiteti

Dünya universitetlərinin 2014-cü il üzrə yeni reytinq cədvəli
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov