Aprel ayının ikinci yarısında 6-cı sinif
şagirdləri arasında ALPLogo mühitində
proqramlaşdırma-2014 adlı müsabiqə
keçiriləcəkdir.
Müsabiqə iştirakçılarına 90 dəqiqə ərzində 3
məsələnin proqramını tərtib etmək təklif
olunacaq. Təklif olunan tapşırıqların həlli
şagirdlərdən LOGO dilinin əsas komandaları ilə
işləmək bacarıqlarının, məntiqi təfəkkür və
həndəsi təsəvvürlərin olmasını tələb edir.
Şagirdlər məsələlərin proqramını kompüterdə
ALPLogo mühitində yazmalı və müvafiq qovluqda
saxlamalıdır. Müsabiqə qalibləri
mükafatlandırılacaq.
Tapşırıqların örnəkləri
www.informatik.az saytında və
Facebook şəbəkəsinin "İnformatika müəllimləri"
qrupunda yerləşdiriləcək.
|