3-4 mart 2014-cü il tarixlərində Təhsil Nazirliyi
Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin və
"Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurasının
təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri
(oğlanlar və qızlar) arasında stolüstü tennis üzrə
Respublika çempionatı keçirilib.
Yarışda oğlanlardan ibarət 10, qızlardan ibarət 9 ali
məktəb komandası iştirak edib.
Dairəvi sistem üzrə keçirilən yarışlarda qızlar arasında
Bakı Dövlət Universitetinin komandası I, Azərbaycan Tibb
Universitetinin komandası II, Avrasiya Universitetinin
komandası III yerə layiq görülüb. Oğlanlar arasında isə
Avrasiya Universitetinin komandası I, Azərbaycan Tibb
Universitetinin komandası II, Bakı Dövlət
Universitetinin komandası III yeri tutub. |