Martın 3-də Təhsil Nazirliyi Respublika Bədən Tərbiyəsi
və İdman Mərkəzinin və "Gənclik" Tələbə İdman Cəmiyyəti
Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil
müəssisələrinin tələbələri (oğlanlar və qızlar) arasında
şahmat üzrə Respublika çempionatı keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları
Assosiasiyasının Şahmat-Dama Klubunda təşkil edilmiş
çempionatda 17 ali məktəbin komandası iştirak edib.
Yarışlarda Bakı Dövlət Universitetinin komandası I,
Azərbaycan Dövlət İqtisad Universitetinin komandası II,
Avrasiya və Qafqaz universitetlərinin komandaları isə
III yerə layiq görülüb.
Çempionatın qalibləri müvafiq diplom və kubokla təltif
olunublar. |