Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart  2014 - №10

 

Gəncə Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim olunub

 

Böyütmək üçün şəkili seçinMartın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Gəncə Dövlət Universitetinin (GDU) rektoru vəzifəsinə təyin olunmuş Yusif Yusibov bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub.

Təhsil naziri Mikayıl Cabbarov Yusif Yusibovu yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir son 10 ayda Gəncədə dördüncü dəfə olduğunu bildirib. Gəncənin Avropa "Gənclər paytaxtı" seçilməsini böyük uğur kimi vurğulayan təhsil naziri qeyd edib ki, biz hamımız müstəqil Azərbaycanın əldə etdiyi uğurların fəal iştirakçısıyıq. Dövlətimiz təhsil sahəsində də bir sıra ciddi nailiyyətlərə imza atıb.

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin əhəmiyyətinə toxunan təhsil naziri yüksək ixtisaslı müəllim hazırlığı məsələsinin qarşıda duran ən mühüm vəzifələrdən biri olduğunu söyləyib.

GDU-nun rektoru Yusif Yusibov tədbir iştirakçılarını salamlayaraq, ona göstərilmiş yüksək etimadı doğrultmaq üçün bütün bilik və bacarığından istifadə edəcəyini bildirib. Rektor yeni təyinatına görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.

Gəncə  Şəhər  İcra  Hakimiyyətinin  başçısı Elmar  Vəliyev  yeni  təyinat  münasibətilə  Yusif  Yusibovu  təbrik  edərək  bildirib  ki, GDU  zəngin  ənənələri  olan  ali  məktəbdir. Yeni  rəhbərliyin  kollektivə  yeni  ruh  gətirəcəyinə  əminliyini  ifadə  edən  E.Vəliyev  məcburi  köçkünlərin  tələbə  yataqxanalarından  köçürülməsinin tələbələrin tədris şəraitinin yaxşılaşmasına səbəb olacağını nəzərə çatdırıb.

Məlumat üçün qeyd edək ki, Yusif Əmiralı oğlu Yusibov Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1978-ci ildə kimya elmləri namizədi, 1994-cü ildə isə kimya elmləri doktoru alimlik dərəcəsi alıb. 184 elmi və tədris-metodiki əsərin müəllifi və həmmüəllifidir.

1973-1981-ci illərdə SSRİ Elmlər Akademiyasının Üzvi Kimya İnstitutunda aspirant və kiçik elmi işçi vəzifələrində çalışıb. 1981-1997-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (Akademiyasında) assistent, dosent, professor, kafedra müdiri vəzifələrində işləyib.

1997-2011-ci illərdə Bakı Dövlət Universitetinin ümumi və qeyri-üzvi kimya kafedrasının professoru olub. 2011-ci ilin fevral ayında Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. 2013-cü ilin dekabr ayından GDU-nun rektoru vəzifəsini icra edib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov