Martın
11-də təhsil naziri Mikayıl Cabbarov Yeni Azərbaycan
Partiyası Goranboy rayon təşkilatının qərargahında
Goranboy, Daşkəsən, Göygöl, Samux, Xocalı rayon, Gəncə
və Naftalan şəhər sakinlərini qəbul edib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü
ilin mart ayında şəhər və rayonlarda vətəndaşların
qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda
vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və ya iş
yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə
dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin
tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin
bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil
haqqı, xüsusi təyinatlı ali məktəblərdən səhhətinə görə
xaric olunmuş şəxslərin təhsilini davam etdirməsi,
fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq
Universitetində yarımçıq qalmış təhsil, ümumi təhsil
məktəblərinin rəhbərlərindən şikayət, audio-video tədris
resursları və digər məsələlərlə əlaqədar müraciət
ediblər.
Qəbulda 61 vətəndaşın müraciəti dinlənilib və əksər
məsələlər yerindəcə həllini tapıb. Bir sıra
müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına
tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid
olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə
müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və
nəzarətə götürülüb. |