Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart  2014 - №10

 

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Salyanda "dəyirmi masa" keçirilib

 

 Martın 12-də Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan istiqamət və hədəflərin müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, Şirvan şəhəri, Salyan, Neftçala, Saatlı, Sabirabad və Hacıqabul rayon təhsil şöbələrinin müdirləri, məktəb direktorları, müəllimlər və media nümayəndələri iştirak ediblər.

"Dəyirmi masa" iştirakçıları Dövlət Strategiyası çərçivəsində təhsilin inkişaf prioritetləri və keyfiyyətin təmin edilməsi barədə fikirlərini nəzərə çatdırıblar. Dövlət Strategiyasında nəzərdə tutulmuş müddəaların uğurla həyata keçirilməsi üçün ictimai dəstəyin əhəmiyyəti qeyd olunub, pedaqoji sahədə çalışanların müvafiq islahatlara hazır olmasının zəruriliyi vurğulanıb.

Müzakirələr zamanı geniş fikir mübadiləsi aparılıb, müəllimləri və ictimaiyyət nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Səfər çərçivəsində, həmçinin Salyan şəhərindəki ümumtəhsil müəssisələrində çalışan ən yaxşı müəllimlərin tədris etdikləri "açıq dərs"lər izlənilib.

Neftçala rayonunda yaşayan əməkdar müəllim, 65 illik pedaqoji təcrübəyə malik İmamverdi Əbilovla görüş keçirilib, onun ölkə təhsilinin gələcəyi ilə bağlı nikbin düşüncə və fikirləri maraqla qarşılanıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov