Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr
olunmuş və onun xatirəsinə ehtiram əlaməti olaraq ali təhsil
müəssisələrində çalışan işçilər arasında sağlam həyat tərzinin
formalaşdırılması, onların bədən tərbiyəsi və idman məşğələlərinə cəlb
edilməsi və asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə
QƏRARA
ALIR:
1.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci
ildönümünə həsr olunmuş ali təhsil müəssisələri işçiləri arasında 6 idman
növü üzrə Spartakiada (bundan sonra Spartakiada) keçirilsin.
2.
Spartakiada Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbiri
sayılsın.
3.
Spartakiadanın I turu hər bir ali məktəbdə aprel ayında, II yekun
respublika turu isə may ayında keçirilsin.
4.
Spartakiadanın Əsasnaməsi (əlavə 1), Təşkilat Komitəsinin tərkibi (əlavə 2)
və Baş hakimlər kollegiyası üzvlərinin (əlavə 3) siyahısı təsdiq edilsin.
5. Ali
təhsil müəssisələrinin rəhbərləri və həmkarlar ittifaqı komitələrinin
sədrləri bu qərarla təsdiq edilmiş "Əsasnamə"nin şərtlərinə uyğun olaraq
Spartakiadanın yüksək səviyyədə keçirilməsini təmin etsinlər.
6.
Spartakiadanın keçirilməsi ilə bağlı tərəflər öz üzərinə götürür:
Təhsil Nazirliyi:
- hər
idman növü üzrə qaliblərə kubokların alınmasını;
-
diplomların hazırlanmasını.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi:
-
Spartakiadada hər idman növü üzrə I, II və III yerləri tutan komandalara və
tək idmançılara hədiyyələrin alınmasını;
-
hakimlərin və xidmət heyətinin əməkhaqlarının ödənilməsini.
7.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar
müəssisələr şöbəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin mədəni-kütləvi və idman işləri şöbəsi qərardan irəli
gələn məsələlərin yerinə yetirilməsini təmin etsinlər.
8.
Tərəflər Spartakiadanın keçirilməsi və qaliblərin mükafatlandırılması ilə
bağlı xərclər smetasını hazırlayıb 15 gün müddətində təsdiq etsinlər.
9.
Təhsil Nazirliyinin və Respublika Komitəsinin müvafiq şöbələri qərar və
əlavələrin "Azərbaycan müəllimi", "Təhsil işçisi" qəzetlərində, "Təhsil
xəbərləri" məcmuəsində dərc olunmasını və İnternet səhifələrində
yerləşdirilməsini təmin etsinlər.
10. Qərarın icrasına nəzarət nazir müavini C.Bayramova və sədr müavini
Ş.Əsgərova həvalə edilsin.