Azərbaycan
Respublikasının əməkdar müəllimi, Təhsil Problemləri
İnstitutunun doktorantı Almaz Həsrətin adı Rusiya Təbiət
Elmləri Akademiyasının "MDB və yaxın xaric alimləri"
adlı şəbəkə ensiklopediyasına əlavə edilib.
Ümumilikdə ensiklopediyada 13 ölkədən 14 mindən artıq
alimin adı yer alıb. Şəbəkə ensiklopediyasına daxil
edilən alimlərin bioqrafiyaları hər il dərc edilən eyni
adlı ənənəvi kağız nəşrdə də yer alır.
Ensiklopediyanın qurucuları onun əsas missiyasının
informasiya bazasının yaradılması, elm adamları arasında
əlaqələrin möhkəmləndirilməsi və sonucda elm
ictimaiyyətinin informasiyalaşdırılmasının
intensivləşdirilməsi olduğunu bildirir.
O da qeyd edilir ki, ensiklopediyada adı keçən alim və
mütəxəssislər öz elmi əsərlərində və başqa məqalələrində
buradakı səhifəyə də istinad edə bilərlər.
Əlavə edək ki, ensiklopediyada populyarlığa görə
gündəlik reytinq də müəyyən edilir. Almaz Həsrət
ensiklopediyaya yeni əlavə edilməsinə baxmayaraq qısa
müddət ərzində "Pedaqoji elmlər" bölməsindəki 1215 alim
arasında öz reytinqinə görə 5-ci yerə yüksəlib. |