"DYMO/Mimio"
(ABŞ) şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi -
"Smart Technologies" şirkəti Azərbaycan Respublikası
Təhsil Problemləri İnstitutunun əməkdaşları üçün "MİMİO
Xİ İnteraktiv lövhə ilə tədris" mövzusunda 5 günlük
təlim kurslarına başlamışdır. Məqsəd bu sahədə institut
əməkdaşlarının peşəkarlığını yüksəltməkdən və gələcəkdə
müəllimlərin inkişaf etdirilməsi üçün əldə olunmuş
bacarıqlardan yararlanmaqdır.
Təlim kursunda iştirakçılara MİMİO bələdçi qurğunun
elektronlaşdırılması, quraşdırılması, proqram təminatı,
panellərdəki düymələrin funksiyaları və onlardan
istifadə barədə nəzəri biliklər verilmiş, praktik
tapşırıqlar icra olunmuşdur.
Gələcəkdə institutda belə kursların davamlı olaraq
keçirilməsi nəzərdə tutulmuşdur. |