Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən
avtomobil nəqliyyatı ixtisası üzrə kadr hazırlayan ilk
peşə-ixtisas təhsili müəssisələri üçün 11 ədəd "Renault
Logan" markalı nəqliyyat vasitəsi alınıb.
Bu, müvafiq sahədə fəaliyyət göstərən ilk peşə-ixtisas
təhsili müəssisələrinin maddi-texniki bazasının müasir
tələblərə uyğunlaşdırılması, mütəxəssis hazırlığı işinin
səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir.
Qeyd edək ki, respublikamız müstəqillik əldə etdikdən
sonra ilk dəfə olaraq belə bir təşəbbüs irəli sürülüb.
Təlim üçün nəzərdə tutulmuş Avropa istehsalı olan bu
avtomobillər 1600 kub/sm mühərrik və 5 pilləli mexaniki
sürət qutusu ilə təchiz edilib. Avtomobillər həm
idarəetmə, həm də təhlükəsizlik baxımından Avropa
standartlarına cavab verir.
Müvafiq sahə üzrə kadr hazırlayan ilk peşə-ixtisas
təhsili müəssisələri üçün alınmış yeni avtomobillər
tədrisin səmərəliliyinin artırılmasına münbit şərait
yaradacaqdır. |