Martın 6-da təhsil naziri Mikayıl Cabbarov "Microsoft
Azərbaycan" şirkətinin nümayəndələri ilə görüşüb.
İlk öncə Təhsil Nazirliyi və "Microsoft Azərbaycan"
şirkətinin nümayəndələri arasında 4-5 mart 2014-cü il
tarixlərində keçirilmiş görüş, müzakirə olunan məsələlər
və reallaşdırılması nəzərdə tutulan proqramların
əhəmiyyəti barədə nazirə məlumat verilib. Bildirilib ki,
görüşdə, "Microsoft Azərbaycan" şirkəti tərəfindən
Microsoft İnnovativ Məktəb (Microsoft İnnovative School)
proqramının təqdimatı keçirilib. Təqdimatda bu proqram
çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan
Microsoft Müəllim Sertifikatlaşma Proqramı, İT
Akademiya, Microsoft Yerli Dil Proqramı, Microsoft Ofis
365 platforması və "Partners in Learning" Qlobal Forumu
barədə ətraflı məlumatın təqdim edildiyi nəzərə
çatdırılıb. Həmçinin, ilkin kompüter bilikləri,
texnologiya kurukulumu, təhsilin dizayn kurikulumu və
müəllimlərin professional inkişafı kimi mövzular
ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, Təhsil Nazirliyi və "Microsoft Azərbaycan"
şirkətinin nümayəndələri arasında keçirilmiş ikigünlük
görüşdə Təhsil Nazirliyinin aparat rəhbərinin müavini
Camal Qasımov, Təhsilin Keyfiyyətinin Qiymətləndirilməsi
sektorunun müdiri Emin Əmrullayev, Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov,
Məktəbəqədər və ümumi təhsil şöbəsinin baş məsləhətçisi
Vəfa Yaqublu, Milli Qiymətləndirmə Layihələri üzrə
məsləhətçi Nərminə Əliyeva, Bakı Avropa Liseyinin
direktoru Zülfiyyə Veysova, "Microsoft Azərbaycan"
şirkətinin ölkə üzrə direktoru Rufət Hacıəlibəyov,
"Microsoft" şirkətinin Şərqi Avropa regionu üzrə
"Partners in Learning" proqramının meneceri Teo Milev,
"Microsoft" şirkətinin Şərqi Avropa regionu üzrə satış
mütəxəssisi Aleksandr Yaşukov, Türkiyənin SEBİT - Təhsil
və İnformasiya Texnologiyaları şirkətinin nümayəndələri
Kürşat Günenc və İlker Helvacı, "Microsoft Azərbaycan"
şirkətinin təhsil proqramları üzrə meneceri Emin
Axundov, "Microsoft Azərbaycan" şirkətinin dövlət
qurumları ilə iş üzrə departamentinin direktoru Eldar
Cahangirov və "Microsoft" texnologiyaları üzrə
məsləhətçi mütəxəssis Qaçay Mirzəyev iştirak ediblər. |