Azərbaycan Respublikasının təhsil naziri Mikayıl
Cabbarov "Azərbaycan Respublikası Təhsil Problemləri
İnstitutunun strukturunun yeni redaksiyada təsdiq
olunması barədə" əmr imzalayıb.
Əmr Təhsil Problemləri İnstitutunun (TPİ) fəaliyyətinin
təkmilləşdirilməsi məqsədinə xidmət edir. Əmrdə ixtisara
düşmüş ştatlarda çalışan işçilərin peşəkarlıq
səviyyələri və təcrübələri nəzərə alınmaqla, onlara
TPİ-də ixtisaslarına uyğun vakant vəzifələrin təklif
edilməsi nəzərdə tutulub.
Əmrə əsasən, TPİ-nin yeni strukturunda katiblik, 18
şöbə, 1 sektor və elmi kitabxana fəaliyyət göstərəcək.
Ümumi təhsilin və məktəbdənkənar təhsilin kurikulumu,
Monitorinq və qiymətləndirmə, həmçinin Peşə ixtisas
təhsili şöbələrinə daha çox ştat vahidi verilib.
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nda yeni dərsliklərin yaradılması,
şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin
olunması, ümumi orta təhsil səviyyəsində hər bir
şagirdin elektron dərsliklərlə yüklənmiş
kompüter-planşetlə təmin olunması baxımından bir sıra
əhəmiyyətli məsələlər nəzərdə tutulub. Bütün bunlar
Təhsil Nazirliyinin fəaliyyətində dərslik siyasətinin
prioritet istiqamətlərdən biri olduğunu deməyə əsas
verir. Təhsil Nazirliyinin bu sahədə həyata keçirdiyi
islahatların səmərəliliyinin artırılmasında yeni
yaradılmış Dərslik və dərs vəsaitlərinin metodologiyası
şöbəsinin üzərinə mühüm vəzifələr düşür.
Qeyd edək ki, TPİ-nin yeni strukturunda təsərrüfat
hesablı struktur bölmələrin də fəaliyyəti nəzərdə
tutulub. |