Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2014 - №09

 

Şagirdlərin yaz tətili 8 gün müəyyənləşdirilib

 

Ümumtəhsil məktəblərində şagirdlərin yaz tətili 8 gün (17-24 mart) müəyyənləşdirilmişdir. Nazirlər Kabinetinin 17 dekabr 2013-cü il tarixli 341 nömrəli Qərarına müvafiq olaraq, 2014-cü ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır və iş günləri hesab edilmir. Əmək Məcəlləsinin 105-ci maddəsinin beşinci hissəsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Martın 22-si şənbə, 23-ü bazar günü olduğundan 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə yaz tətilindən sonra ilk dərs günü 26 mart, 5 günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə 27 mart hesab edilir.  

Təhsil Nazirliyi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov