Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2014 - №09

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2014-cü ilin "Ən nüfuzlu qadını" adına layiq görülüb

 

Fransada fəaliyyət göstərən Ərəb Mədəni İrs Mərkəzi və Misirin "Nefertiti Media Productions" şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva 2014-cü ilin "Ən nüfuzlu qadını" adına layiq görülmüşdür.

Bu barədə Azərbaycanın Fransadakı səfirliyinin mətbuat xidməti məlumat yaymışdır.

Məlumatda bildirilir ki, sorğu 2013-cü il martın 8-dən 2014-cü il yanvarın 10-dək Fransada və ərəb dünyasında tələbələr, jurnalistlər və internet şəbəkəsi istifadəçiləri arasında keçirilmişdir. Sorğu siyahısına dövlət başçıları, iri müəssisə və xeyriyyə təşkilatlarının rəhbərlərinin adları daxil edilmişdir.

Mehriban Əliyeva bu ada YUNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə, həmçinin mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfələrə görə layiq görülmüşdür.

Azərbaycanın birinci xanımının xidmətləri sırasında Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması, valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım göstərilməsi və digər çoxsaylı xeyriyyə aksiyaları da qeyd edilmişdir.

Ərəb Mədəni İrs Mərkəzinin direktoru Rey Əlqətri Belhasusun adından Azərbaycanın Fransadakı səfirliyinə göndərilən məktubda sorğunun nəticələri barədə məlumat verilmişdir. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov