Təhsil Nazirliyinin 07.11.2002-ci il tarixli, 1041
nömrəli əmri ilə təsdiq edilmiş "Məktəblilərin fənn
olimpiadaları haqqında Qaydalar"ı rəhbər tutaraq,
məktəblilərin fənn olimpiadalarının yekun turunun
keçirilməsi məqsədilə
ƏMR EDİRƏM:
1. Məktəblilərin fənn olimpiadalarının yekun turu 16-17
mart 2014-cü il tarixdə Bakı şəhərində keçirilsin.
2. Olimpiadaların yekun turunun iştirakçıları 16 mart
2014-cü il tarixdə qəbul edilib aşağıdakı müəssisələrdə
yerləşdirilsinlər:
- Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi
fənləri üzrə Nazirlik tabeliyindəki S.C.Pişəvəri adına
humanitar fənlər gimnaziyasında - F.Yusifov küçəsi, 39,
tel: 567-22-17
- riyaziyyat, fizika və informatika fənləri üzrə
Nazirlik tabeliyindəki fizika-riyaziyyat və informatika
təmayüllü liseydə - S.Dadaşov küçəsi, 555-ci məhəllə,
tel: 510-76-28
- kimya və biologiya fənləri üzrə Nazirlik nəzdindəki
kimya-biologiya təmayüllü liseydə - 8-ci Kilometr
qəsəbəsi, Ş.Mirzəyev küçəsi, 53, tel: 323-78-42.
3. Olimpiadaların yekun turu Azərbaycan dili və
ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya,
biologiya fənlərindən iştirakçıların yerləşdiyi
müəssisələrdə, informatika fənnindən isə BDU-da 17
mart 2014-cü il tarixdə keçirilsin.
4. İqtisadiyyat şöbəsi (Rauf Orucov) fənn
olimpiadalarının xərclər smetasını hazırlayıb 3 gün
müddətinə təsdiqə təqdim etsin.
5. İnformasiya şöbəsi (Elnur Əliyev) əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova
həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
5 mart 2014-cü il |