Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2014 - №08

 

"Uçitelskaya qazeta"dan

Ailə münaqişələri uşaqların psixikasında problemlərə yol aça bilər

 

İngilis alimləri müəyyən ediblər ki, ailə mübahisələri və valideynlər arasında gərgin münasibət uşaqların davranışına, psixikasına mənfi təsir göstərir.  Xüsusi metodla 17-19 yaşlı yeniyetmələrin beyin sisteminin işini tədqiq edən  Şərqi Britaniya Universitetinin alimləri  müəyyən ediblər ki, 11 yaşa qədər ailə sarsıntıları yaşamış uşaqlar çox kiçik beyin quruluşuna malikdirlər. Bu isə onların valideyn münasibətindən, ailədə olan gərginlikdən müntəzəm  surətdə əldə etdikləri streslərlə bağlıdır. Beləlilklə də ailə münaqişələri körpələrin beyninin inkişafını ləngidir.

Yeni tədqiqat sübut edir ki,  insanların hələ uşaqlıqdan üzləşdikləri adi ailədaxili problemlər onun beyninin sonrakı inkişafına mənfi təsir edə bilər. Bu cür vəziyyət hətta uşaqların psixikasında da problemlərə yol aça bilər.   Tədqiqatçılar belə bir qənaətə gəliblər ki, uşaqlıq illərində beynin inkişafdan qalması yaşlı dövrdə bir sıra psixi xəstəliklərin üzə çıxmasına səbəb ola bilər. Tədqiqatın əsas mövzusu adi ailə problemlərinin təsirini öyrənmək və qiymətləndirmək olub. Alimlər valideynlər arasında gərgin münasibəti, fiziki və emosional zorakılığı, sevgi çatışmazlığını və ailə üzvləri arasında ünsiyyəti öyrənməyə çalışıblar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov