Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2014 - №08

 

BDU-da EKONANO qrant müsabiqəsinin təqdimatı

 

Fevralın 27-də Bakı Dövlət Universitetində Avropa Birliyinin TEMPUS layihəsi çərşivəsində BDU alimlərinin İtaliya, Fransa, Yunanıstan alimləri ilə birlikdə  qalib olduqları EKONANO qrant layihəsinin təqdimat mərasimi keçirilib. Çıxış edən rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetində dünya elminin prioritet sahələri üzrə intensiv elmi tədqiqat işlərinin aparılmasından bəhs edib. O bildirib ki, universitet alimlərinin apardığı bu işlər dünyanın bir sıra qabaqcıl universitetləri ilə bərabər yerinə yetirilir və dünya elmi ictimaiyyəti tərəfindən dəstəklənərək qəbul edilir. Məlum olub ki, Bakı Dövlət Universitetinin alimləri tərəfindən hər il ümumi dəyəri 5-7 milyon ABŞ dolları olan 80-dən çox layihə həyata keçirilir ki, bunların da 50-dən çoxu Avropa Birliyi, Fransa Milli Elmi Araşdırmalar Mərkəzi, Beynəlxalq Nəzəri Fizika Elmi Mərkəzi, Amerika Hüquqşünaslar Assosiasiyası, İsveçrə Milli Elm Fondu və digər beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən beynəlxalq layihələrdir. Təkcə son 5 ildə nanotədqiqatlar istiqamətində ümumi dəyəri 5 milyon ABŞ dolları olan qrant layihələri yerinə yetirilib. Bu layihələr çərçivəsində universitetə ən müasir cihazlar və avadanlıqlar alınıb.

Rektor həmçinin bildirib ki, universitet alimləri İtaliyanın "La Sapienza" Universiteti, Fransanın Paris Universiteti, Yunanıstanın Patras Universiteti və Qafqaz Universiteti, Azərbaycan Memarlıq və İnşaat  Universiteti və "Azərecolab" özəl şirkətinin iştirakı ilə bu gün təqdimatı keçirilən "Nanoekologiya mühəndisliyi ixtisaslaşması" üzrə mükəmməl magistr proqramının hazırlanması məqsədi ilə Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində dəyəri 655000 avro olan yeni qrant layihəsinin qalibi olublar və Bakı Dövlət Universiteti bu layihənin Azərbaycan tərəfdən koordinatorudur.

Təqdimat mərasimində İtaliyanın "La Sapienza" Universitetindən professor Luca Di Palma, professor Angelio Chianese,  Fransanın  Paris Universitetindən professor Jean Philippe Passarello, Yunanıstanın Patras Universitetindən Petros G.Koutsoukos və BDU-dan layihə rəhbəri, professor Məmmədəli Ramazanov çıxış edərək layihənin əhəmiyyətindən bəhs ediblər.  

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov