Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2014 - №08

 

Astarada yeni təhsil layihəsi uğurla həyata keçirilir

 

 Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən təşkil olunmuş "İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi"ndə "Gənclərin Sosial İnkişafına Dəstək" (GSİD) İctimai Birliyinin qalib olduğu "Astara rayonunda məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji kadrların peşəkarlıq səviyyəsinin artırılması" layihəsi çərçivəsində şəhər 3 nömrəli orta məktəbdə interaktiv təlimlər uğurla həyata keçirilir.

 Layihənin rəhbəri və təlimçisi Rövşən Bağırovun verdiyi məlumata görə, təlimlər tərbiyəçilər tərəfindən maraqla qarşılanır. Hər bir tərbiyəçi böyük motivasiya ilə bu təlimlərdə iştirak edir və öz töhfələrini verir. Təlim iştirakçıları qeyd edirlər ki, onlar indiyə kimi belə təlimlərdə iştirak etməmişlər.

Böyük ümidlə deyə bilərəm ki, bu layihə tərbiyəçilərin peşəkarlıq səviyyəsinin artırılmasına yardımçı olacaq və Astara rayonunda məktəbəqədər təhsil müəssisələrinin bundan sonrakı fəaliyyətinə öz müsbət təsirini göstərəcəkdir.

Məlumat üçün bildirək ki, layihə 3 ay müddətində Astara rayonunda fəaliyyət göstərən 16 məktəbəqədər təhsil müəssisəsində çalışan 164 nəfər tərbiyəçini əhatə edəcək. Onlara  İKT-nin təhsilə tətbiqi ilə yeni tədris üsulları, tədris resurslarının və fəal dərs nümunələrinin hazırlanması öyrədiləcək. Təlimin sonunda hər bir tərbiyəçi azyaşlı uşaqlar üçün hazırladığı resursları və fəal dərs nümunələrini nümayiş etdirəcək və onlara təşkilat tərəfindən müvafiq sertifikatlar təqdim olunacaq.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov