Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2014 - №08

 

Bolonya prosesinin problemləri və perspektivləri müzakirə olunub

 

 Naxçıvan Dövlət Universitetində Bolonya prosesinin problemləri və perspektivləri mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov çıxışına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə başlayıb: "Naxçıvan Dövlət Universiteti yüksək ixtisaslı kadrların yetişdirilməsinə və elmi mühitin formalaşmasına öz müsbət təsirini göstərmişdir!". Müstəqil təhsil sistemini yaratmaq və onun səviyyəsini yüksəltmək istiqamətində aparılan axtarışlar onu Bolonya prosesinə qoşulmağa gətirib çıxardı. Naxçıvan Dövlət Universitetinin 2009-cu ildən Bolonya prosesinə qoşulduğunu bildirən rektor "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nda edilən bəzi dəyişiklikləri də tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Universitetin  tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev "Bolonya prosesi və tələbə gənclik" mövzusundakı çıxışında Bolonya prosesinin Azərbaycan təhsil sisteminə inteqrasiyasının sürətləndirilməsini, xarici dövlətlərin bu sahədə təcrübəsini öyrənmək və onlarla qarşılıqlı əməkdaşlıq etməyin zəruri olduğunu bildirib.

Sonda tələbələrin təklifləri dinlənilib.  

Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov