Fevralın 24-də Azərbaycan Respublikasının təhsil
naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan İslam
Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO)
baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə
görüşüb.
Görüş zamanı Azərbaycanla İSESKO arasında təhsil
sahəsində əməkdaşlığın davam etdirilməsi, mövcud və
gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. |