Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2014 - №08

 

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 7889 müraciət daxil olub

 

Böyütmək üçün şəkili seçinTəhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Statistikaya əsasən, 10 dekabr 2013-cü il tarixindən 25 fevral 2014-cü il tarixinədək Telefon Məlumat Mərkəzinə 7889 zəng daxil olub.

Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzində isə yanvarın 23-dən fevralın 25-dək 5663 vətəndaşa xidmət göstərilib.

Qeyd edək ki, müraciətlərin böyük əksəriyyəti sorğu xarakterli olub.

Hər iki mərkəzə daxil olan 13552 müraciətdən 6585-i dərhal cavablandırılıb və operativ həll edilib. 6967 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Mərkəzlərə daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin alınması, diplomların tanınması üçün tələb olunan sənədlərin siyahısı, məktəbəqədər və ümumi təhsil, işə qəbul, təhsil müəssisələrinin təmiri və bərpası ilə bağlı məsələlər əksini tapıb. Şikayət xarakterli müraciətlər xüsusi proqram vasitəsilə qeydiyyata alınıb və nazirliyin müvafiq struktur bölmələrinə yönəldilib.

Məlumat üçün onu da qeyd edək ki, cari ilin fevralında Telefon Məlumat Mərkəzinə 3090 zəng daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çoxdur.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə vətəndaşlar tərəfindən həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı günləri, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək daha çox müraciət olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov