Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi
və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri,
ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci
ildönümünün respublikanın təhsil müəssisələrində yüksək
səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
anadan olmasının 91-ci ildönümünün təhsil
müəssisələrində qeyd olunması ilə əlaqədar Təhsil
Nazirliyinin Fəaliyyət planı təsdiq edilsin (əlavə
olunur).
2. Nazirliyin müvafiq struktur bölmələri, yerli təhsil
orqanları, ümumi təhsil, ilk peşə, orta-ixtisas və ali
təhsil müəssisələrinin rəhbərləri Fəaliyyət planında
nəzərdə tutulan tədbirlərin vaxtında və tələb olunan
səviyyədə yerinə yetirilməsini təmin etsinlər.
3. Bu əmrdə qeyd olunan tədbirlərin müəyyən edilən
müddətlərdə Naxçıvan MR Təhsil Nazirliyi və muxtar
respublikanın aidiyyəti təhsil müəssisələri tərəfindən
müstəqil yerinə yetirilib yekunlaşdırılması məqsədəuyğun
hesab edilsin.
4. İnformasiya şöbəsi (Elnur Əliyev) əmrin əlavəsi ilə
birlikdə "Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını, çoxaldılıb yerlərə çatdırılmasını və
Nazirliyin internet saytında yerləşdirilməsini təmin
etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova
həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
26 fevral 2014-cü il |