"Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına müvafiq
olaraq Masallı rayonundakı Gənclər mərkəzində
"İntellekt" bilik yarışması keçirilib.
Rayon gənclər və idman idarəsinin və təhsil şöbəsinin
birgə təşkilatçılığı ilə keçirilən yarışmada 14-29 yaşlı
gənclər və rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif
şagirdləri iştirak ediblər.
Tədbirin açılış mərasimində çıxış edən rayon gənclər və
idman idarəsinin rəisi Camal Manafov rayonda Dövlət
Proqramının və gənclər siyasətinin icrası istiqamətində
görülmüş işlərdən, həyata keçirilən layihələrdən
danışıb.
Qeyd olunub ki, "İntellekt" bilik yarışmasının məqsədi
gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni
inkişafını stimullaşdırmaq, onlar arasında bilik və
elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli
mədəniyyətini və tarixini təbliğ etmək, gənclərin asudə
vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar
tətbiq etməkdən ibarətdir.
Yarışmada rayonun 45 məktəb komandasını təmsil edən 225
şagird öz bilik və bacarığını, intellektual səviyyəsini
nümayiş etdirib.
Masallı şəhər 2 nömrəli tam orta məktəbin komandası I,
Binə Xocavar kənd tam orta məktəbinin komandası II,
şəhər 4 nömrəli tam orta məktəbin komandası III və
Öncəqala kənd tam orta məktəbinin komandası IV yerləri
tutublar.
Qaliblərə diplom, medal və qiymətli hədiyyələrlə təqdim
edilib.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"
|