"Coca-Cola" şirkətinin sponsorluğu, Azərbaycan
Respublikası Təhsil Nazirliyinin dəstəyi və AFFA-nın
rəhbərliyi ilə ümumtəhsil məktəblərinin 7-ci sinif
şagirdləri arasında futbol üzrə respublika
birinciliyinin rayon mərhələsi keçirilib.
"Coca-Cola" Məktəbli kuboku" adı altında yarışların
keçirilməsində məqsəd uşaqlar arasında futbolun təbliği
və kütləviliyi, uşaq futbolçuların ustalığının
yüksəldilməsi, uşaqların idmana marağının artırılması və
pis vərdişlərdən uzaqlaşdırılmasından ibarətdir.
İsmayıllı rayonundakı ümumtəhsil məktəblərinin 7-ci
sinif şagirdləri arasında təşkil edilən "Coca-Cola"
Məktəbli kuboku"nun ilkin mərhələsi üzrə məktəbdaxili
oyunlar ötən ilin oktyabr ayında keçirilmiş, 17
komandanın sifariş sənədləri rayon birinciliyinin
keçirilməsi üçün AFFA-ya təqdim olunmuşdur. Rayon
birinciliyinin keçirilməsinə 2014-cü ilin yanvarından
başlanılıb.
Rayon birinciliyinin final yarışlarına fevralın 13-də
İdman Kompleksində start verilib. Hacıhətəmli kənd tam
orta məktəbinin komandası ümumi nəticəyə görə rayon
birinciliyinin qalibi elan olunub. Qalib komanda
AFFA-nın və "Coca-Cola"nın qiymətli hədiyyələri ilə
mükafatlandırılıb.
Hacıhətəmli kənd tam orta məktəbinin komandası aprel
ayında keçiriləcək zona yarışlarına vəsiqə qazanıb.
Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi" |