Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2014 - №07

 

Faciə qurbanlarının xatirəsi anılıb

 

Bakıdakı  fizika-riyaziyyat və informatika təmayüllü liseydə  Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Öncə Azərbaycanın  milli müstəqilliyi uğrunda qurban gedən şəhidlərin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktor müavini Valeh Bəyalıyev 1992-ci il fevralın 25-dən 26-na keçən  gecə XX əsrin  ən ağır cinayətlərindən biri  azğın ermənilərin  Xocalıda törətdikləri qırğını, xocalılara tutulan divanı tarixdə misli-bərabəri olmayan faciə kimi xatırlatdı.  Bildirdi ki, həmin gecə  erməni quldurları tərəfindən  heç bir günahı olmayan insanların, o cümlədən qocaların, qadınların və körpələrin məruz qaldıqları işgəncə, zülm hər birimizin qəlbini  göynədir. Erməni daşnakları bu faciəni 366-cı alaya məxsus çoxsaylı ağır texnikanın  köməyi ilə həyata keçirdilər və şəhər tamamilə dağıdıldı, yandırıldı və darmadağın edildi.  Bildirildi ki, xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə sıx birləşdi, mətinlik və qəhrəmanlıq nümayiş etdirdi.

Sonra  aparıcılar  Orxan Miriyev, Nuray Kərimzadə tarixdə analoqu olmayan bu vəhşilikdən söz açdılar.

Məktəbin şagirdləri- Nuray, Rəna, Solmaz, Xədicə, Sevinc, Şəhla, Orxan  "Layla, Xocalım layla", "Xocalının milli qəhrəmanları", "Xocalı harayı" kompozisiyalarını nümayiş etdirdilər. "Dəfn edin məni",  "Şəhid qardaşım", "Ana fəryadı", "Qalx ayağa, Azərbaycan" və s. vətənpərvərlik mövzusunda şeirlər söylədilər, mahnılar səsləndirdilər, onlar yaratdıqları obrazlarla  ürəklərdə qaysaqlanmış yaraları sızıldatdılar.

Məktəbin direktoru Tariyel Talıbov "Xocalı soyqırımı  zəmanəmizin ən dəhşətli faciəsidir" mövzusunda məruzə edərək  faciənin başvermə səbəblərini danılmaz faktlarla, sübutlarla iştirakçılara  bir daha xatırlatdı. Vurğuladı ki, ümummilli lider  Heydər Əliyev ölkəyə rəhbərlik etməyə başladıqdan sonra Xocalı faciəsinə siyasi qiymət verilməsinə nail oldu. Bu faciənin dünya ictimaiyyəti tərəfindən soyqırımı kimi tanınması üçün  bir sıra mühüm addımlar atıldı və hazırda ölkə rəhbəri  İlham Əliyev həmin siyasəti uğurla davam etdirir.

Müəllimlər- Aləmzar Mirzəyeva, Xəyalə Mədətova, Sərfinaz Əkbərova, Allahverdi  Məmmədov və  Südabə Hüseynova  həmin müdhiş gecədə  erməni quldurlarına havadarlıq edən rus zabitlərini, dünyanın cılız, oğru, vandal, insanlıq simasını itirən, azərbaycanlıları xüsusi amansızlıqlarla qətlə yetirən  erməni daşnaklarını pislədilər. Xocalı soyqırımının xalqımızın qan yaddaşında sağalmaz bir yara olaraq qalacağını, xalqımız tərəfindən heç vaxt unudulmayacağını söylədilər.

Sonda Milli Qəhrəman Çingiz Mustafayevin  lentə aldığı Xocalı soyqırımı, erməni daşnaklarının vəhşiliklərini əks etdirən videogörüntülər nümayiş olundu. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov