Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2014 - №07

 

ADU-nun tələbələri paytaxt məktəblərində təcrübə keçəcək

 

 Fevralın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) pedaqoji və filologiya və jurnalistika fakültələrinin 2013-2014-cü tədris ilində bakalavriat ali təhsil pilləsində əyani və qiyabi təhsil alan IV kurs tələbələrinin pedaqoji təcrübəsinə həsr olunan pedaqoji konfrans keçirildi.

Konfransı giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov pedaqoji təcrübənin tələbələrin müəllim kimi formalaşmasında mühüm rol oynadığını qeyd etdi. ADU-nun hər cəhətdən ən öndə gedən ali təhsil ocağı olduğunu bildirən prorektor tələbələrə hər zaman öz fəaliyyətləri ilə universitetin adına layiq olmağı və pedaqoji təcrübənin bütün imkanlarından yararlanmağı tövsiyə etdi.

Pedaqogika kafedrasının müdiri, professor Nurəddin Kazımov çıxışında respublikada xarici dil müəllimlərinə hər zaman ehtiyac olduğunu bildirdi. O, müəllim peşəsinə yiyələnməklə yanaşı, hər bir gəncin vətəni layiqincə təmsil edən yüksək ixtisaslı Azərbaycan vətəndaşı olmalarını tövsiyə etdi.

Linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə əsas məqsədin peşə keyfiyyətinə malik olan mütəxəssislər hazırlanması olduğunu vurğuladı.

Psixologiya kafedrasının müdiri, dosent Ceyhun Alıyev pedaqoji təcrübənin psixoloji cəhətlərindən bəhs etdi.  O vurğuladı ki, prosesin uğurla həyata keçirilməsində hazırlıqların yüksək səviyyədə təşkili, pedaqoji təcrübədə iştirak edən şəxslərin qarşılıqlı münasibəti və təhkim olunduqları məktəblərin tələbələrə göstərdikləri münasibət əsas rol oynayır.

Pedaqoji fakültənin dekanı, professor Əfqan Abdullayev tələbələrdə peşə təəssübkeşliyi olmasının önəmini bildirdi. Dekan Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə universitetin müqavilə bağladığını və bu müqaviləyə əsasən tələbələrin təhkim olunduqları məktəblərin artıq universitetin baza məktəbləri olduğunu söylədi.

Universitet üzrə pedaqoji təcrübə rəhbəri Bəxtiyar Həmzəyev isə təcrübənin mahiyyətindən və qaydalarından danışdı.  Pedaqoji təcrübə rəhbəri orta məktəblərin daxili nizam-intizam qaydalarına ciddi riayət etməyin vacibliyini vurğuladı. Qiymətləndirmə mexanizminə toxunan B.Həmzəyev tələbələrin vəzifələri haqqında da məlumat verdi.

Qeyd edək ki, təcrübə martın 17-dən mayın 24-dək davam edəcək. Pedaqoji fakültənin əyani təhsil forması üzrə 423, qiyabi təhsil forması üzrə 63 tələbəsi, filologiya və jurnalistika fakültəsinin 143 tələbəsi Bakının 36-ya yaxın orta ümumtəhsil məktəbində təcrübə keçəcək. 

ADU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov