Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2014 - №07

 

Dilimiz, milli qürurumuz

 

Bakı şəhəri 20 nömrəli məktəb-liseydə 21 fevral Beynəlxalq Ana dili gününə həsr edilmiş "Dilimiz, milli qürurumuz" mövzusunda musiqili, ədəbi-bədii gecə keçirildi.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə hər bir xalqın, millətin mənəvi sərvəti, müstəqilliyin atributu olan ana dilinə sonsuz məhəbbətin aşılanmasıdır.

Ədəbi-bədii  gecədə  məktəbin  rəhbərliyi,  müəllimlər,  ibtidai  sinif  şagirdləri  və  valideynlər  iştirak  etdilər.  Tədbirdə  Dövlət  himni  səsləndikdən  sonra  ulu  öndər  Heydər  Əliyevin  öz səsilə "Azərbaycan" şeirindən bir misra təqdim olundu.  Sonra  aparıcılar  ümummilli liderin və Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığı, qorunması və inkişafı ilə bağlı imzaladıqları fərman və sərəncamlar haqqında məlumatı iştirakçılara xatırlatdılar. Valideyn-Müəllim Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə uşaqlar ana dili, onun keçdiyi yollar, Azərbaycan dilinin möhtəşəmliyindən söz açdılar, maraqlı faktlar və şeirlər söylədilər. Həmçinin, mahnı və milli rəqslər təqdim etdilər.  Onların doğma dillərinə və Vətənə olan məhəbbətləri iştirakçılar tərəfindən maraqla qarşılandı. Xoş dəqiqələr bəxş olundu.

Tədbirdə çıxış edənlər ana dilinin daha da inkişaf etdirilməsinə diqqət çəkərək onun əhəmiyyətini vurğuladılar.

Sonda fəal şagirdlərə 20 nömrəli məktəb-liseyin fəxri diplomları təqdim olundu.  

Fazil İDRİSOĞLU

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov