Fevralın 17-də Təhsil Nazirliyinin Müasir Azərbaycan
Peşəkarları Layihəsi çərçivəsində 18 nömrəli Bakı Peşə
Liseyində "Bərbər" ixtisası üzrə tədris qrupunda təhsil
alan şagirdlərin istehsalat təlimindən ixtisas sınaq
işlərinin nümayişi təşkil edilib.
Tədbirdə müvafiq mütəxəssislər gələcək bərbərlərin peşə
bacarıqlarına yiyələnmə səviyyəsini qiymətləndiriblər.
Bu prosesdən sonra təhsilalanlar 4 ay müddətində
istehsalat təcrübəsi keçəcəklər. Cari ilin iyununda
dövlət buraxılış imtahanından uğurla keçən şagirdlər
vahid formalı dövlət sənədi - diplom ala biləcəklər.
Qeyd edək ki, "Bərbər" ixtisası üzrə kadr hazırlığı 18
nömrəli Bakı Peşə Liseyi ilə "Eldar-studio" şirkəti
arasında imzalanmış birgə əməkdaşlıq müqaviləsinə
əsasən, həmin şirkətin peşəkar mütəxəssislərinin
iştirakı ilə aparılır. Təhsilalanlar ən müasir
avadanlıqlarla təchiz olunmuş tədris emalatxanasında
təcrübi bilik və bacarıqlara yiyələnirlər. |