Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2014 - №07

 

Görkəmli alim Arif Paşayev Ukrayna Mühəndislik Akademiyasının akademiki seçilib və ali mükafatına - "Mühəndislik şöhrəti" ordeninə layiq görülüb

 

Azərbaycan Mühəndislik Akademiyasının prezidenti akademik Arif Paşayev Ukrayna Mühəndislik Akademiyasının ümumi iclasının qərarı ilə bu akademiyanın akademiki seçilmiş və ali mükafatı - "Mühəndislik şöhrəti" ordeninə layiq görülmüşdür.

AzərTAc xəbər verir ki, bu barədə Azərbaycan Mühəndislik Akademiyasına Ukrayna Mühəndislik Akademiyasından təbrik məktubu daxil olmuşdur. Məktubda deyilir: "Biz Azərbaycan Mühəndislik Akademiyası ilə elmi və işgüzar əlaqələri daim genişləndirir və dərinləşdiririk. Biz istedadlı təşkilatçı, geniş təfəkkürə malik rəhbər, dünya şöhrətli alim, nəcib insan kimi akademik Arif Paşayevin xidmətlərini yüksək qiymətləndiririk.

Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Mühəndislik Akademiyasının akademiki Arif Paşayev elm və texnikanın inkişafına, beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə böyük töhfələrinə görə Ukrayna Mühəndislik Akademiyasının ali mükafatı - "Mühəndislik şöhrəti" ordeni ilə təltif edilmişdir.

Eyni zamanda, bildiririk ki, Ukrayna Mühəndislik Akademiyasının ümumi yığıncağının qərarı ilə A.Paşayev onun həqiqi üzvü (akademiki) seçilmişdir". 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov