| 
						
						 Azərbaycan Respublikası 
						Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər 
						tutaraq 
						
						  
						
						
						QƏRARA ALIRAM:  
						
						1. Beynəlxalq səviyyədə keçirilən "Xocalıya ədalət" 
						kampaniyasının əhəmiyyətini nəzərə alaraq Azərbaycan 
						Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə 
						tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat 
						Fondundan Azərbaycan Respublikasının Gənclər və İdman 
						Nazirliyinə 1,0 (bir) milyon manat ayrılsın. 
						
						2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu 
						sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə 
						maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin. 
						
						3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
						sərəncamdan irəli gələn məsələləri həll etsin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 13 fevral 2014-cü il
 |