Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2014 - №06

 

 Naxçıvan Özəl Universitetində qarşıda duran vəzifələr müzakirə olunub

 

Naxçıvan Özəl Universitetində 2013-cü ilin yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.

Tədbiri universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirib ki, yola saldığımız 2013-cü il ali təhsil ocağının fəaliyyətində bir sıra yeniliklərlə yadda qalıb. Belə ki, ötən il universitet əməkdaşları 7 monoqrafiya, 1 dərslik, 5 dərs vəsaiti, 55 proqram və metodik vəsait, 159 məqalə və tezis nəşr etdiriblər ki, bu məqalə və tezislərin 27-i xaricdə nəşr olunub. Beynəlxalq əlaqələr sahəsində də bir sıra uğurlar qazanmış Naxçıvan Özəl Universiteti ilə Budapeşt  Corvinus Universiteti (Macarıstan), İstanbul Aydın Universiteti (Türkiyə), Beynəlxalq Qaradəniz Universiteti (Gürcüstan), Georgiya Universiteti (Gürcüstan), Finis de Terrae Universiteti (Çili Respublikası) arasında ikitərəfli əməkdaşlıq və tələbə mübadiləsi sazişləri imzalanıb. Bundan başqa, universitet 2 beynəlxalq layihədə partnyorluq qazanıb.

Rektor çıxışında diqqətə çatdırıb ki, yanvarın 30-da  Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov sosial-iqtisadi sahədə əldə edilən bir sıra nailiyyətlərlə yanaşı, ötən il işdə buraxılmış nöqsanlara da toxunub. Muxtar respublika rəhbəri bildirmişdir ki, ali təhsil müəssisələri müəllim və tələbə mübadiləsi, digər ölkələrdən müəllimlərin dəvət olunması və ya distant təhsilin təşkili istiqamətində fəaliyyəti gücləndirməli, ixtisaslı kadr hazırlığına və müvafiq ixtisaslar üzrə tədris və tədris-metodik ədəbiyyatların hazırlanmasına nail olmalıdırlar.

Tədbirdə iqtisadiyyat fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ceyhun Mahmudov, pedaqoji fakültənin dekan müavini Nazim Mahmudov çıxış ediblər.

Tədbirə yekun vuran universitetin rektoru, professor İsmayıl Əliyev mövcud nöqsanların aradan qaldırılması istiqamətində əməli tədbirlər görülməsinin vacibliyini vurğulayıb. 

Nuray ƏSGƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov