Təhsil Nazirliyinin Müasir Azərbaycan Peşəkarları
Layihəsi çərçivəsində 18 nömrəli Bakı Peşə Liseyində
"Bərbər" ixtisası üzrə təhsil alan şagirdlərin
tədris-istehsalat təcrübəsində müasir texnologiyalardan
istifadə olunur.
Təhsil Nazirliyi və "Eldar studio" şirkətinin dəstəyi
ilə cari tədris ilinin əvvəlində istifadəyə verilmiş
tədris emalatxanasında şagirdlərə peşəkar mütəxəssislər
tərəfindən praktiki bilik və bacarıqlar öyrədilir.
Müasir avadanlıqlarla təchiz edilmiş tədris
emalatxanasının dizaynında da şagirdlərin seçdikləri
peşəyə daha tez uyğunlaşması üçün lazım olan zəruri
amillər nəzərə alınıb.
"Bərbər" ixtisası üzrə təhsil alan şagirdlərin əldə
etdikləri bilik və bacarıqların yekun imtahan zamanı
yeni üsulla qiymətləndirilməsi nəzərdə tutulur. Belə ki,
yekun imtahanda şagirdlərin nəzəri bilikləri ilə yanaşı,
həm də praktiki bacarıqları yoxlanılacaqdır. |