Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə
"İçərişəhər" intellektual oyunlar klubunda "Nə? Harada?
Nə zaman?" məktəb liqasına start verilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin
"İçərişəhər" intellektual oyunlar klubu bu layihə
çərçivəsində ölkə üzrə ümumtəhsil məktəblərinin VII-XI
sinif şagirdlərinin əyləncəli intellektual hərəkata cəlb
olunmasını nəzərdə tutur.
Məktəb liqasının ilk oyununda 11 komanda iştirak edib.
Bakı şəhərindəki Zərifə Əliyeva adına liseyi təmsil edən
"Birlik" komandası 24 sualdan 17-nə düzgün cavab verərək
qalib adına layiq görülüb.
Məktəb liqasının ikinci oyununda iştirakçı komandaların
sayının ikiqat artacağı gözlənilir.
Yarışda iştirak etmək istəyənlər
au@gametv.az elektron poçt ünvanı vasitəsilə
əlaqə saxlaya bilərlər. |