M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialının rektoru, professor Nərgiz Paşayeva
Azərbaycanın görkəmli şərqşünas alimi, filologiya üzrə
elmlər doktoru, professor Aida İmanquliyevanın irsinin
toplandığı kitabları AMEA-nın Mərkəzi Elmi
Kitabxanasının fonduna hədiyyə etmişdir.
AzərTAc xəbər verir ki, professor Aida İmanquliyevanın
Mərkəzi Elmi Kitabxananın fonduna təqdim olunmuş irsinə
onun qələmə aldığı məqalələrin və ərəb dilindən
Azərbaycan dilinə tərcümə etdiyi hekayələrin toplandığı
"Məqalələr və tərcümələr" kitabı, həmçinin görkəmli
şərqşünas alimin 70 illik yubileyinə həsr olunmuş "Şərq
və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr"
mövzusunda Beynəlxalq İbn Ərəbi Simpoziumunun
materiallarının ingilis dilində nəşr olunmuş nüsxəsi və
"Şərqşünaslığın aktual problemləri" mövzusunda
respublika elmi konfransının materiallarının dərc
edildiyi kitabları daxildir. |