Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Fevral 2014 - №05

 

Bilik yarışının nəticələri açıqlanıb

 

Şamaxı Rayon Mədəniyyət Mərkəzində 8, 9 və 10-cu sinif şagirdləri arasında təşkil olunmuş bilik yarışı qaliblərinin mükafatlandırma  mərasimi keçirilib.

Bütün illər ərzində Şamaxı rayon  ümumtəhsil məktəbləri ilə sıx əlaqədə çalışan "Araz" kursu fəaliyyətini genişləndirərək qonşu Ağsu, İsmayıllı, Qobustan və Kürdəmir təhsil şöbələri ilə də əməkdaşlığa nail olmuşdur.

Tədbiri açan Şamaxı "Araz" kursunun müdiri Taleh Məsimov bilik yarışının nəticələrini elan etmişdir. 2000-dən artıq  şagirdin iştirak etdiyi yarışmada  25 nəfər 500-dən yuxarı bal toplamışdır.

Şamaxı RTŞ-ın müdiri,  filologiya üzrə elmlər dokdoru Eyvaz Eminaliyev, İsmayıllı RTŞ-ın müdiri Rasim Orucov, Ağsu RTŞ-ın müdiri Tahir Xasi çıxış edərək qalibləri təbrik etmiş, onlara yeni-yeni nailiyyətlər arzulamışlar.

Yarışmaya qatılan Şamaxı, Ağsu, İsmayıllı, Qobustan və Kürdəmir rayonu üzrə məktəblərdən bütün qruplar üzrə ilk 3 yeri tutan şagirdlər qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. 

Bilik yarışında qalib olan bütün şagirdlərin məktəb direktorlarına da plaket və digər hədiyyələr tədqim olunmuşdur.

***

Şamaxı RTŞ Metodik kabineti cari dərs ilinin ikinci yarısında rayonun bütün təhsil müəssisələrində metodik işlərə və metodbirləşmələrin fəaliyyətinə rəhbərliyi tələb olunan səviyyədə həyata keçirmək üçün silsilə tədbirlər təşkil edir, "Öyrənənləri öyrədən" fənn müəllimləri və məktəb rəhbərlərinin kurslara cəlbi sahəsində də işləri canlandırır.

Bu günlərdə RTŞ-da toplaşmış rayonun ən qabaqcıl fənn müəllimləri yeni pedaqoji texnologiyaların öyrənilməsinə  və tətbiqinə prioritet məsələ kimi qiymət verərək təlim-tərbiyə işlərinin keyfiyyətinin yaxşılaşdırılması, yeni pedaqoji texnologiyaların inkişafı, onun yaradıcılıqla öyrənilməsi və tətbiqi məsələlərinə dair təkliflər səsləndirmişlər. Əməkdar müəllim Əzizağa Vəliyev (Həmyəkənd ümumu orta), "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Sevinc Qasımova (Şamaxı Avropa Liseyi),  Cavanşir Nəzərov (Şamaxı Avropa Liseyi), Rahib Qasımov (Mədrəsə qəsəbə), Cavid İslamov (Əngəxaran tam orta məktəb), Yaqut İsmayılova (THT liseyi), Svetlana Məmmədova (Sabir qəsəbə), Nurəddin Gülmalıyev (THT liseyi)  və  Gözəl  Musayevanın (şəhər 6 nömrəli)  metodiki işlərin canlandırılmasına  əsas  verən  maraqlı  təklifləri  şura  iclası  tərəfindən qəbul edilmiş, gələcək işlərdə nəzərə alınması məsləhət bilinmişdir.   

Ədalət MƏMMƏDOV,
Şamaxı RTŞ Metodkabinetin müdiri, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov