Təhsil
Nazirliyinin Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzi
tərəfindən 2 fevral - Gənclər Günü münasibətilə
ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət rayon
komandaları arasında mini-futbol, voleybol, basketbol,
şahmat, dama və stolüstü tennis üzrə yarışlar keçirilib.
Belə ki, respublikanın əksər rayon və şəhərlərini təmsil
edən komandalar "Vətən" Olimpiya Ehtiyatları
Uşaq-Gənclər İdman Məktəbində mini-futbol, Bakıdakı 88
nömrəli orta məktəbdə voleybol, 164 nömrəli orta
məktəbdə basketbol, 1 nömrəli Uşaq-Gənclər İdman
Məktəbində şahmat və dama, "Təhsil" Respublika İdman
Mərkəzində stolüstü tennis üzrə güclərini sınayıblar.
Mini-futbol üzrə yarışlarda paytaxtın Xətai rayonunun
komandası I, Nizami rayonunun komandası II, Nərimanov
rayonunun komandası isə III yerə layiq gorülüb.
Qızlar arasında basketbol yarışlarında Xətai rayonunun
komandası I, Səbail rayonunun komandası II, Nəsimi
rayonunun komandası III yeri tutub. Basketbol üzrə
oğlanlar arasındakı qarşılaşmada Nəsimi rayonunun
komandası I, Qaradağ rayonunun komandası II, Xətai
rayonunun komandası III yerə layiq görülüb.
Məktəblilərin voleybol yarışları daha gərgin mübarizə
şəraitində keçib. Belə ki, qızlar arasında Xətai
rayonunun komandası I, Şəki şəhərinin komandası II, Qax
rayonunun komandası isə III yerə layiq oyun nümayiş
etdirib. Oğlanlar arasındakı voleybol oyunlarında Salyan
rayonunun komandası I, Şəki şəhərinin komandası II,
Kürdəmir rayonunun komandası III yeri tutub.
Şahmat üzrə məktəblilərin qarşılaşmasında Mingəçevir
şəhərinin komandası I, paytaxtın Nizami rayonunun
komandası II, Quba rayonunun komandası isə III yerə
layiq görülüb.
Dama yarışlarında Suraxanı rayonunun komandası I, Xətai
rayonunun komandası II, Oğuz rayonunun komandası isə III
yeri tutub.
Stolüstü tennis üzrə qarşılaşmalarda Şabran rayonunun
komandası I, paytaxtın Nizami rayonunun komandası II,
Nərimanov rayonunun komandası isə III yerə layiq
görülüb. |