Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Fevral 2014 - №05

 

NDU-da 2013-cü ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olundu

 

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair müşavirəyə həsr olunmuş yığıncaq keçirildi.

NDU-nun rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov yığıncaqda "Naxçıvan Muxtar Respublikasında 2013-cü ilin yekunları və Naxçıvan Dövlət Universitetinin qarşısında duran vəzifələr" mövzusunda məruzə etdi. Bildirildi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun müşavirədəki çıxışında ötən il ərzində sosial iqtisadiyyat, elm, təhsil sahəsində əldə olunan nailiyyətlərdən, Heydər Əliyev ideyalarının sədaqətlə davam etdirilməsi ilə əhalinin rifah halının yüksəldilməsinə, milli-mədəni tərəqqiyə nail olunmasından bəhs olunmuşdur. Müşavirədə regionda təhsil quruculuğu, yüksək ixtisaslı mütəxəssis yetişdirilməsi sahəsində qazanılan müvəffəqiyyətlərə, mövcud problemlərə və qarşıda duran vəzifələrə də toxunulmuşdur.

Rektor NDU-da tədrisin keyfiyyətinin yüksəldilməsi, elektron universitet yaradılması, distant təhsilə keçilməsi, zəruri tələbat olan yeni ixtisasların açılması, beynəlxalq əməkdaşlığın inkişafı, tələbə mobilliyinin artırılması, informasiya-kommunikasiya texnologiyaları vasitələrindən, fənn kabinetləri və müasir tədris laboratoriyalarından səmərəli istifadə istiqamətində görülən işlərdən danışdı. Rektor İnternet üzərindən dərslərin keçirilməsi, tədrisdə əyanilikdən və müasir texnologiyalardan istifadə, dünyəvi təcrübənin mənimsənilməsi və tətbiqi ilə əlaqədar müşavirədə qeyd olunan nöqsanlara toxundu, onların aradan qaldırılması üçün görüləcək işlərdən danışdı.

Yığıncaqda universitetin arxiv işi və muzeyşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Məmməd Əliyev "Muxtar respublikada aparılan humanitar siyasət və qarşıda duran vəzifələr", mühasibat uçotu və maliyyə kafedrasının müdiri, dosent Teymur Abbasov "İqtisadiyyatın inkişafının Naxçıvan modeli", baytarlıq kafedrasının müdiri, baytarlıq üzrə fəlsəfə doktoru Yunis Qasımov "Naxçıvan Muxtar Respublikasının aqrar sektorunda qarşıda duran vəzifələr" mövzularında məruzələr etdilər.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat
şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov