Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Fevral 2014 - №05

 

Moskvada general Kərim Kərimov adına məktəbdə blokadaçı veteranlar ilə görüş olub

 

Moskvada general Kərim Kərimov adına Azərbaycan etnomədəni komponentli 157 nömrəli məktəbdə Leninqradın blokadadan tam azad edilməsinin 70 illiyi münasibətilə Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilmişdir.

"Okeanlara sülh" Moskva Veteranlar Birliyinin nümayəndələri, Böyük Vətən müharibəsi və blokadaçı veteranları, məktəbin müəllim və şagirdləri məktəb muzeyinin döyüş guşəsi ilə tanış olmuşlar. Burada xeyli azərbaycanlının vuruşduğu İkinci Zərbə Ordusunun döyüş meydanlarında toplanmış hərbi qənimət nümayiş etdirilir.

Məktəbin direktoru Elmira İsmayılova veteranları təbrik edərək demişdir ki, məktəbin daimi qonaqları olan veteranlar hər il birinci sinif şagirdlərini təbrik edir və məzunlara uğurlar arzulayırlar. Onlar məktəbin muzeyinə şəxsi əşyalar, müharibə dövrünün məktublarını, müharibə haqqında kitablar bağışlamışlar. Şagirdlər sinif saatlarında veteranların müharibə haqqında söhbətlərini maraqla dinləyirlər. Şagirdlər xatirə günləri münasibətilə divar qəzetləri buraxırlar.

Şagirdlər öz çıxışlarında qəhrəmanlıq nümunəsi olan 872 gün ərzində alman ordusuna müqavimət göstərmiş leninqradlıların hünərindən danışmışlar. Uşaqlar Böyük Vətən müharibəsi veteranlarını səmimi-qəlbdən təbrik edərək onlara çiçəklər təqdim etmiş, möhkəm cansağlığı, uzun ömür və aydın səma arzulamışlar. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov