Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Orta
ixtisas təhsili müəssisələrində kredit sistemi ilə
tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında
26 dekabr 2013-cü il tarixli 354 nömrəli qərarının
icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinin və
orta ixtisas təhsili müəssisələrinin rəhbərləri "Orta
ixtisas təhsili müəssisələrində kredit sistemi ilə
tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr
2013-cü il tarixli 354 nömrəli qərarını nəzərə alsınlar
və işdə rəhbər tutsunlar (əlavə olunur).
2. Kredit sisteminin tətbiqi ilə bağlı tədris
sənədlərinin (tədris planı, tədris qrafiki, ixtisas üzrə
illik işçi tədris planı, tələbənin fərdi iş planı,
müəllimin illik işçi tədris planı, dərs cədvəli,
akademik transkript, tələbənin ərizə forması, tədris
razılığı, akademik arayış, akademik təqvim, məlumat
paketinin strukturu) nümunələri təsdiq edilsin (əlavə
olunur).
3. İlk peşə və orta ixtisas təhsili şöbəsinin rəhbərliyi
(K.Mikayılov), orta ixtisas təhsili müəssisələrinin
direktorları 2014/2015-ci tədris ilindən tədris
prosesinin kredit sisteminə keçirilməsini təmin
etsinlər.
4. Əmrin və "Orta ixtisas təhsili müəssisələrində kredit
sistemi ilə tədrisin təşkili Qaydaları"nın orta ixtisas
təhsili müəssisələrinə göndərilməsi və "Azərbaycan
müəllimi" qəzetində dərc edilməsi nazirliyin İnformasiya
şöbəsinə həvalə olunsun.
5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova
tapşırılsın.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
31 yanvar 2014-cü il
|