Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2014 - №04

 

Səkkiz yaşlı kürdəmirli şahmatçı həmyaşıdları arasında birincidir

 

 Şəmkir Olimpiya İdman Kompleksində 16 yaşadək oğlanlar və qızlar arasında keçirilmiş şahmat üzrə Azərbaycan birinciliyinin seçmə yarışlarında 8 yaşlı Kürdəmir şahmatçısı Fərhad Məmmədov yüksək nəticə əldə etmişdir.

AzərTAc xəbər verir ki, 9 oyundan 7 qələbə və 2 heç-heçə ilə 8 xal toplayan Fərhad onunla eyni yaşda olan oğlanlar arasında birinci yeri tutmuşdur. Balaca şahmatçı iyun ayında Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final oyunlarına vəsiqə qazanmışdır.

Fərhad Məmmədovun qazandığı uğur valideynləri və yaxınları, habelə rayon idmançıları, Kürdəmir şəhərinin ictimaiyyəti tərəfindən sevinclə qarşılanmışdır.

İsveçrə sistemi ilə keçirilən və 9 turdan ibarət yarışlarda respublikamızın 53 rayonundan 353 şahmatçı iştirak etmişdir.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov