15
nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri ötən
il ərzində bir çox uğurlara imza atıb. Belə ki,
Valeriya Mixaylova 2013-cü ilə sentyabrın 16-dan 19-na
kimi keçirilən üzgüçülük üzrə respublika çempionatında
200 m kompleks üzmədə III, brass üsulu ilə 50, 100 m
çoxnövçülük üzrə üzmədə III yerə layiq görülüb. İdman
məktəbinin direktoru Cəmil Fətullayevdən aldığımız
məlumata görə, idmanın bu növü üzrə Teymur Şavkunov
noyabrın 15 - 17 tarixlərində "Şən Delfin" Bakı şəhər
payız birinciliyində 100 m brass, 100 m arxası üstə üzmə
üsulu üzrə I yerə çıxıb.
Voleybol üzrə Uşaq-Gənclər İdman Məktəbi 1997-1998-ci
il təvəllüdlü qızlar və oğlanlar arasında keçirilən
Bakı şəhər birinciliyində komanda hesabında I və II
yeri tutduğuna görə diplomla təltif olunub.
Bundan başqa, basketbol üzrə idman məktəbinin komandası
oktyabrın 13-dən 23-nə kimi 1998-1999-cu il təvəllüdlü
oğlanlar arasında keçirilən respublika birinciliyində I
yeri tutub.
15 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası
2000-2001-ci il təvəllüdlü oğlanlar arasında keçirilən
Bakı şəhər klub-komanda birinciliyində I yerə çıxıb və
diplomla təltif olunub.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |