Gəncə Şəhər Təhsil İdarəsinin metodika və şəhər
uşaq yaradıcılıq mərkəzlərinin birgə təşkilatçılığı ilə
orta ümumtəhsil məktəblərinin uşaq birliyi
təşkilatlarının rəhbərləri üçün seminar təşkil
edilmişdir.
AzərTAc xəbər verir ki, 2013-2014-cü tədris ilinin
planları və qarşıda duran vəzifələrin müzakirəsi ilə
başlanan seminarda bu sahədə qabaqcıl iş təcrübəsinə
yiyələnmiş uşaq birliyi təşkilatı rəhbərlərinin
çıxışları dinlənilmişdir.
Sonda seminar iştirakçılarının arzu və təklifləri
dinlənilmiş, fikir mübadiləsi aparılmışdır. |