Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən
"Tələbələrin İT-biliklərinin artırılması" adlı layihə
başa çatmışdır.
Fonddan AzərTAc-a bildirmişlər ki, təlimin əsas məqsədi
tələbələrin informasiya texnologiyaları, kompüter
biliklərinin artırılmasını təmin etmək olmuşdur.
Müxtəlif universitetlərdə təhsil alan tələbələr təlimə
böyük maraq göstərmişlər.
Tələbələrin belə təlimlərə marağı nəzərə alınaraq
layihənin gələcəkdə davam etdirilməsi nəzərdə
tutulmuşdur. |