Naxçıvan Dövlət Universitetində universitetin
Tələbə gənclər təşkilatı tərəfindən Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun
maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqının təşkilati dəstəyi ilə "Mən Azərbaycanı
tanıyıram" - tələbələrarası bilik olimpiadasının II
mərhələsi keçirilib. Bilik olimpiadası Naxçıvan Muxtar
Respublikasında təhsil alan, fəaliyyət göstərən
tələbə-gənclərin potensialını üzə çıxarmaq, Azərbaycan
haqqında biliklərini daha da artırmaq, daxili
inteqrasiyanı gücləndirmək, sağlam rəqabəti
formalaşdırmaq, tələbə gəncliyi bir araya toplamaq,
yüksək bilik və bacarığa malik olan gəncləri
qiymətləndirmək, digər gənclərdə də stimul yaratmaq,
asudə vaxtlarını səmərəli keçirmək məqsədi daşıyır.
Xatırladaq ki, 350-yə yaxın tələbənin iştirak etdiyi I
mərhələdə 90 nəfər yüksək nəticə göstərərək II mərhələyə
vəsiqə qazanıb. II mərhələdə tələbələrə 50 sual təqdim
olunub.
Sonda ən yüksək nəticə göstərən 10 nəfər tələbə
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun və Naxçıvan Dövlət Universitetinin qiymətli
hədiyyələri ilə təltif ediləcək.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdir |