Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2014 - №04

 

Uşaq yaradıcılıq mərkəzində sağlam həyat tərzi təbliğ olunur

 

 Mingəçevir şəhər Uşaq-Yaradıcılıq Mərkəzində "Sağlam həyat tərzi yaşayaq" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə mərkəzin tikiş dərnəyi üzvlərinin və fiziki cəhətdən qüsurlu uşaqların əl işlərindən ibarət sərgiyə baxmışlar. Sonra mövzu ilə bağlı müzakirələr olmuşdur. Uşaq hüquqları, sağlam həyat tərzi, faydalı vərdişlər barədə məktəblilərin fikirləri öyrənilmişdir. Mərkəzin nəzdində yaradılmış "Sağlam həyat tərzi" adlı dərnəyin fəaliyyəti barədə məlumat verilmişdir.

Tədbirdə şəhər təhsil şöbəsinin, 2 saylı poliklinikanın, Uşaq Yaradıcılıq Mərkəzinin nümayəndələri, məktəblərdə fəaliyyət göstərən şagird parlamentlərinin sədrləri və üzvləri mövzu ilə əlaqədar öz fikirlərini söyləmişlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov